İkinci Dünya Müharibəsi bombası məhv edildi

Baxılıb:190
İkinci Dünya Müharibəsi bombası məhv edildi

Hollandiyanın Amersfort şəhərində qatar relslərində aparılan təmir işləri zamanı tapılan İkinci Dünya Müharibəsindən qalan partlamamış bomba məhv edilib.

Polisdən verilən açıqlamada bildirilir ki, Amersfoort Mərkəzi Stansiyasında qatar relslərində aparılan təmir işləri zamanı partlamamış bomba aşkar edilib.

Bomba zərərsizləşdirmə qrupları (EOD) tərəfindən zərərsizləşdirilən bombanın İkinci Dünya Müharibəsi dövrünə aid olduğu bildirilib və onun ağırlığını, hansı ölkəyə aid olduğunu müəyyən etmək üçün işlərin davam etdiyi qeyd edilib.

Hollandiyanın mərkəzi bölgəsində yerləşən Amersfoort, maddi-texniki cəhətdən əhəmiyyətli bölgədə yerləşdiyi üçün İkinci Dünya Müharibəsi illərində dəfələrlə bombardmanlara məruz qalıb.


Abunəlik