Moskva hava limanlarında uçuşlar ləğv edildi
Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 90-a yaxın reys təxirə salınıb, daha 16 reys gecikib.
Vnukovoda 38 reys gecikib, 13-ü ləğv edilib; Domodedovoda 30 reys gecikib, 1 uçuş ləğv edilib, Şeremetyevoda isə 21 reys gecikib, 2 reys isə təxirə salınıb.
Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın verdiyi məlumata görə, dekabrın 19-da Moskvada qar uçqunlarının hündürlüyü 1941-ci ildəki rekord həddə çata bilər.
Şeremetyevonun mətbuat xidmətinin məlumatına görə, uçuş-enmə zolaqlarının təmizlənməsi və təyyarələrin buzlama əleyhinə vasitələrlə təmin edilməsi zərurəti ilə əlaqədar uçuşlar 10-15 dəqiqə gecikir.