Qətər Dövlətinin Milli Günü münasibətilə keçirlən rəsmi tədbirdə Hicran xanım Hüseynova iştirak etdi

Baxılıb:294
Qətər Dövlətinin Milli Günü münasibətilə keçirlən rəsmi tədbirdə Hicran xanım Hüseynova  iştirak etdi

Aztimes.az xəbər verir ki, Qətər Dövlətinin Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin dekabrın 15-də keçirdiyi rəsmi tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova iştirak edib.

Azərbaycan və Qətər dövləti arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq tellərinin möhkəmləndirilməsi, xalqlarımız və ölkələrimiz üçün daha çox tərəqqi və firavanlığa nail olmağa yönələn maraq və əzmlə səciyyələnir. Həmçinin mədəniyyət və digər sahələrdə beynəlxalq təşkilatlar çərçivəsində möhkəm əməkdaşlıq edir.
Qeyd edək ki, 2023-cü ildə Qətər-Azərbaycan ikitərəfli münasibətlərinin 30 illiyi qeyd ediləcək.
Dəvətə görə Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Feysal bin Abdullah Al Hinzaba öz minnətdarlığımı bildirirəm.


Abunəlik