İlham İsmayıl: “Hərbi variant qaçılmazdır.”
Fevralın 15-də İlham Əliyev və Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında baş tutan debatı sosial şəbəkələrdə aktiv müzakirə olunur. Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə İlham Əliyevlə Nikol Paşinyan arasında olan debatı şərh edib.
“Birbaşa yayımı izlədim. Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev Azərbaycanın maraqlarını ifadə edən əsas hissələri qeyd etdi. Xüsusilə vurğulamaq istəyirəm ki, Ermənistan tərəfinin sülh danışıqlarını uzatdığı halda Azərbaycanın digər variantlarının da olduğunu İlham Əliyev bildirdi. Bu isə dolayı yolla hərbi variantın olduğunu bildirməkdi. Ümumilikdə, sosial şəbəkələrdə də Azərbaycan tərəfinin bu görüşdən razı qaldığını gördüm. Azərbaycanda Qarabağla bağlı son dönəmlərdə dövlət başçısının belə bir uğurlu çıxışı olmamışdı. Prezidentin belə danışığı xalqda bir ümid yaradır və hərbi variantın qaçılmaz olduğunu göstərir. Bu isə düşmənin qorxduğu əsas məsələdir. Eyni zamanda, Ermənistan mətbuatı bu görüşdən çox qısa bir hissəni tirajladı.”
Pərvin Abışova /AzTimes.az./