Bakıda qəzalı vəziyyətdə olan binanın sakinlərinə ŞAD XƏBƏR
Bakının Xətai rayonu, Zığ şosesi, 7-ci binada ağır vəziyyət yaranıb.
Həmin ünvandakı bina qəzalı vəziyyətdədir. Burada yaşayan 60 ailə binanın hər an çökəcəyindən ehtiyat edirlər.
Binanın aid olduğu 133 saylı MİS-dən verilən məlumata görə, həmin ünvanda yaşayan ailələrin mərhələli şəkildə köçürülməsi nəzərdə tutulub.
Toxuculuq Kombinatının balansında olmuş bina söküləcək ünvanlar siyahısına salınıb.