Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənir
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın yolunda aksiyanı davam etdirir.
Aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Aksiya artıq 3-cü gündür davam edir.
Aksiya iştirakçıları dövlət himnini səsləndirib, daha sonra milli musiqinin sədası altında şüarlarını deyiblər.
Eko-fəallar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirmək niyyətindədir.//APA