MN azad olunmuş ərazilərdə işə qəbul elan etdi

Baxılıb:147
MN azad olunmuş ərazilərdə işə qəbul elan etdi

Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.
Nazirlikdən Manset.az-a bildirilib ki, ali və orta ixtisas tibbi təhsilli, fiziki cəhətdən sağlam 35 yaşadək kişilər (müddətli həqiqi hərbi xidmətini başa vuranlar) və qadınlar, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər.
Namizədlər Müdafiə Nazirliyinin Tibb İdarəsinə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3) və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər. Müraciət edənlərin nəzərinə çatdırırıq ki, vakant mülki və hərbi vəzifələrə qəbul tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.
Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-dan 17:00-a kimi müraciət edə bilərlər. Məhkumluğu olan və xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməmələri xahiş olunur.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3
Əlaqə nömrəsi: (012) 530-20-47
Elektron poçt ünvanı: [email protected]


Abunəlik