Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Baxılıb:167
Abşeronda bir yaşlı körpə ikinci mərtəbədən yıxıldı

Abşeron rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.
 Hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
2021-ci il təvəllüdlü S.Osmanov yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və alın sümüyünün sınığı diaqnozu qoyulub.


Abunəlik