Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? – DİN-dən AÇIQLAMA

Baxılıb:364
Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? – DİN-dən AÇIQLAMA

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia olunur.
Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

İddialara görə, evlənən qızın 17 yaşı var. O, 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Manset.az-ın sorğusuna cavab olaraq bildirildi ki, “hadisə yenidir. Lakin iddialar yalandır, 17 yaşlı qız evlənmir, nişanlanır:
Bu barədə polisə hər hansı bir müraciət daxil olmayıb. Qanunla da nişan mərasiminə müdaxilə edə bilmirik, şəxs yetkinlik yaşına çatıb, könüllü nişanlanır”.


Abunəlik