Nazir müavinindən gediş haqları ilə bağlı VACİB AÇIQLAMA
“Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri maya dəyərindən təqribən 2 dəfə azdır”.
Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, hazırda metro və dəmir yolunda daşınma qiymətlərinin ucuz olması səbəbindən Bakı Metropoliteni və Azərbaycan Dəmir Yolları dövlətdən subsidiya alır. Qiymətlərin ucuz olması özəl sektorun bu sahəyə marağını azaldır.