Təcili: Rauf Arifoğlunun qalib olduğu dairənin nəticələri ləğv edildi

Baxılıb:187
Təcili: Rauf Arifoğlunun qalib olduğu dairənin nəticələri ləğv edildi

MSK-nın iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı daxil olmuş müraciətlərə baxılıb..coma istinadən xəbər verir ki, məsələ barədə məlumat verən MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ümid Partiyasının sədri İqbal Ağazadə müraciət edərək, həmin seçki dairəsi üzrə bəzi seçki məntəqələrində pozuntuların baş verdiyini bildirib.

O qeyd edib ki, həqiqətən də bu dairənin bütün məntəqələrində bu və ya digər formada pozuntulara yol verilib.

MSK üzvü qeyd edib ki, 1 saylı məntəqənin nəticələrinə dair tərtib edilmiş protokol müşahidəçilərə verilməyib. R.İbrahimov da digər konkret məntəqələr üzrə baş vermiş pozuntuları sadalayıb.

MSK üzvü bu dairədə baş verən pozuntuların seçki dairəsində seçicilərin iradəsini ifadə etməyə imkan verməyən hallar olduğunu bildirib.

R.İbrahimov 35 saylı dairə üzrə 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu vurğulayıb və bütövlükdə dairə üzrə nəticələrin etibarsız hesab edilməsinə dair qərar layihəsi hazırlandığını bildiirb.

Qərar səsverməyə çıxarılıb və 35 saylı dairə üzrə 33 seçki məntəqəsindən 30 seçki məntəqədə seçkinin nəticələri ləğv edilib.


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir