Deputat seçilən Nigar Arpadarai istefa verir
Nigar Arpadarai Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri vəzifəsindən istefa verəcək.
AzTimes.az xəbər verir ki, bu barədə “Report”a BŞH rəsmisinin özü məlumat verib. N.Arpadarai Milli Məclisə deputat seçilməsi ilə əlaqədar postunu tərk edəcəyini bildirib.
Qeyd edək ki, Nigar Arpadarai Bakıda “Formula 1” üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də Marketinq və kommunikasiya şöbəsinin rəhbəri kimi çalışır.