Hicran Hüseynova “SAF 2022”-Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində iştirak etdi

Baxılıb:288
Hicran Hüseynova “SAF 2022”-Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində iştirak etdi

AzTimes.az xəbər verir ki dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022-Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova iştirak edib.

SAF 2022 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.
SAF 2022-yə ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır.Əcnəbi iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər.


Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.


Qeyd edək ki, Festivalda Sumqayıt şəhər M.Quliyev adına 3 №-li tam orta məktəbin şagirdləri Sumqayıt şəhərini təmsil edirlər.
Layihədə iştirak edən hər kəsə müvəffəqiyyətlər arzu edirəm.


Abunəlik