Hicran xanım Hüseynova “Genderazerbaijan.com” portalının təqdimat tədbirində iştirak edib.
AzTimes.az xəbər verir ki, 30 noyabr 2022-ci il tarixində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova “genderazerbaijan.com”portalının təqdimat tədbirində iştirak edib.
Komitə sədri çıxış zamanı qeyd edib ki, Bu portalın 16 günlük Fəallıq Kampaniyası çərçivəsində təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Həyatın bütün sahələrində qadın və kişilərin iştirakçılığının təmin olunması, bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir edir. Hüquq bərabərliyi qadın və kişilər üçün bərabər imkanların yaradılması ilə daha da güclənir.
Millət vəkili Hicran xanım Hüseynova diqqətə çatdırıb ki, Ölkədə gender bərabərliyinin təmin olunması üzrə milli qanunvericilik bazası mövcuddur. Və Milli Məclisin Ailə, qadın və uşaq məsələlri komitəsi davamlı olaraq ictimai dinləmələr keçirir. Qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır. Gender amilinin ümumi siyasətə daxil edilməsi dövlətin gələcək hədəf və strategiyalarının daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin əlbəttə ki, bunun üçün zəruri məlumatların, təhlil və araşdırmaların əlçatan olması vacibdir. Bu gün təqdim olunan portal bütövlükdə ölkədə gender bərabərliyi ilə bağlı mövcud vəziyyəti öyrənmək də əsas və əhatəli məlumat bazası olacaqdır. Həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti, həm də media nümayəndələri bu informasiyadan istifadə edə biləcəklər. Portalın digər mühüm məqsədi bu sahədə şəffaflıq prinsipini özündə ifadə edəcəkdir. Fikrimcə, gender üzrə məsul şəxslər arasında koordinasiyanı və operativliyi gücləndirəcəkdir. Onlar daha çevik şəbəkə yaradaraq öz fəaliyyətlərini sistemli şəkildə qura biləcəklər.
Qlobal və yerli iqtisadi, sosial və mədəni inkişafın əsas məqsədini məhz insan həyatının keyfiyyətinin artırılmasıdır. Bu məqsədə çatmaq üçün gender bərabərliyini təmin etmək, bu sahə də mövcud problemləri üzə çıxarmaq, həll yollarını təklif etməkdir. Əminəm ki, bu gün təqdim olunan portal bu vəzifələri yerinə yetirməkdə mühüm töhfə olacaqdır.
Çıxışın sonunda professor Hicran xanım Hüseynova belə bir mühüm layihəni həyata keçirdiyinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Bahar xanıma, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan nümayəndəliyinin rəhbər xanım Katrin Hoerhana, Almaniya Federativ Respublikasının Bakıdakı səfirliyinə, bu sahədə zəhməti keçən bütün ekspertlərə və mütəxəssislərə təşəkkür edib və uğurlar arzulayıb.