“Sən tək deyilsən” qısametrajlı filmin təqdimatı oldu

Baxılıb:168
“Sən tək deyilsən” qısametrajlı filmin təqdimatı oldu

“Qadın zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” münasibəti ilə keçirilən “Sən tək deyilsən” layihəsinin açılış mərasimi baş tutub. Plana əsasən layihənin təqdimatı keçirilib.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Sən tək deyilsən” layihəsi və layihənin tərkibində hazırlanan qısametrajlı film haqqında danışıb:

Layihə zorakılıq qurbanı olan bütün qızlarımızın simasında Cəmalənin həyatına həsr edilib. Film zorakılıq qurbanı olan şəxslərin iştirakı ilə real hadisələrə əsaslanaraq çəkilib. Filmdə iştirak edənlərin yaş aralığı 4 aylıq körpə və 18 yaş aralığında olan oğlanlar və qızlardır. Cəmalənin hekayəsi bütün zorakılıq faktlarını özündə əks etdirirdi, anasının sevgi dolu qucağından ayrılaraq tənha həyatın bütün yükün üstündə daşayan bir qızın acı həyatı ,baxımsızlıq, daimi zorakılıq, sevgi hissinin unudulması, və hər kəsə yad olmaq və s.

O, kimsəsiz idi, onu qoruyan yox idi. Onun arzusu anasına qovuşmaq idi. 12 yaşındakı bir qızcığazı aldadaraq “ananın yerini bilirəm” deyən qonşusu ona təcavüz edib.Təcavüz nəticəsində ana olan uşağı bütün kənd daş-qalaq etdi. O, bizim sığınacağa 14 yaşında, həyatının ən ağır zərbələrini görüb, gəlmişdi. Uşağını itimişdi”.

AzTimes.az


Abunəlik