Taksi sürücüləri kartla ödənişdən niyə imtina edir?

Baxılıb:163
Taksi sürücüləri kartla ödənişdən niyə imtina edir?

Mənzilbaşına rahat və tez çatmaq istəyənlərin əksəriyyəti taksi xidmətindən istifadə edir. Müasir texnologiyaların tətbiqindən sonra taksi xidmətində ödəmələr kartla aparılaraq xüsusi komfort yaradılıb.

Amma kart adı eşidən taksi sürücüləri müxtəlif bəhanələrlə sifiraişdən imtina edirlər. Sərnişinlər də yaranmış vəziyyətdən narazılıq edir və kimə şikayət edəcəklərini bilmirlər.

Nəqliyat ekspertinin sözlərinə görə, taksi sürücüləri bu hərəkətləri ilə qayda və müqavilə şərtlərini pozmuş olurlar, ona görə də mütləq inzibati cəza tətbiq edilməlidir.
Sürücülərin də özünə məxsus həqiqətləri var. Onlar da bu vəziyyətdə özlərini suçlu hesab etmirlər.

Bəs kimdir müqəssir? Vəziyyəti qanunlara uyğunlaşdırmaq üçün nə etmək lazımdır?

bizim.media


Abunəlik