Dövlət büdcəsindən böyük məbləğdə pul alan QHT-lər hansı işləri görür? – ARAŞDIRMA
“Hamı işini görsün!”, “Sözdən əmələ!”, “Ruhlar şəhərinin ruhu!”
DİA.AZ bildirir ki, bu adlar hansısa bədii filmdən deyil, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininin bu il keçirdiyi kiçik qrant müsabiqəsinin qalib gələn layihə adlarıdır. Qrant müsabiqəsinə 584 layihə təqdim olunub ki, onlardan 400-ü seçilib. Sizə təqdim etdiyimiz 6 layihəyə ümumilikdə dövlət büdcəsindən 50 000 manat ayrılıb.
Bəs, görəsən, dövlət büdcəsindən böyük məbləğdə pul alan bu QHT-lər bu layihələrdə hansı işləri görür?