Hicran Hüseynova İslahatçı Qadınlar və İnnovasiyalar İB sədri və digər ictimai fəallarla görüşdü
AzTimes.az xəbər verir ki, noyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın İslahatçı Qadınlar və İnnovasiyalar İB sədri və digər ictimai fəallarla görüşü keçirildi. Görüş zamanı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun” Azərbaycandakı Milli Platforması qadın və qızların hüquqlarının müdafiəsi istiqamətində fikir mübadiləsi aparılmış, vətəndaş cəmiyyətinin və qanunverici orqanın bu sahədə əməkdaşlıq formalarının müzakirəsi aparılmışdır.
Komitə sədri Hicran Hüseynova qeyd etmişdir ki, Mill Məclisin sədri Sahibə xanım Qafarova qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin edilməsi istiqamətində çox böyük təcrübəyə malikdir. Həmçinin o, vətəndaş cəmiyyətinin təklif və qanunvericilik təşəbbüslərinə hər zaman açıqdır. Daha sonra İslahatçı Qadınlar və İnnovasiyalar İB sədri Vüsalə Hüseynli, Azərbaycandakı Milli Platformanın layihə rəhbəri Şəhla İsmayıl, platformanın üzvləri Səbinə Ələkbərova,Dilarə Əfəndiyeva,Sevil Allahverdiyeva və mətbuat katibi Xalid Kazımov onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi apardılar.