“Azərişıq”-ın şikayətlərə məhəl qoymaması fəlakətə səbəb olacaqdı-PARTLAYIŞdan anbaan Video

Baxılıb:333
“Azərişıq”-ın şikayətlərə məhəl qoymaması fəlakətə səbəb olacaqdı-PARTLAYIŞdan anbaan Video

AzTimes.az xəbər verir ki,  bu gün günorta saatlarında Nəsimi rayonu 20 Yanvar küçəsi 2/51 blok 4 ünvanında partlayışla müşahidə olunan yanğın hadisəsi baş verib.  Vətəndaşların səyi nəticəsində yanğının qarşısı alınıb . Əraziyə  FHN və DİN Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları çağrılıb. Sakinlərin verdiyi məlumata görə yanğının səbəbi binanın ətrafında yerləşən iaşə obyektlərinin cərəyan qutusunun “Azərişiq” tərəfindən xustar üsulla yerləşdirilməsi olub. Belə ki, Cərəyan qutusunda bütün naqillər  heç bir qoruyucu  avadanlıqlardan istifadə olunmadan quraşdırılıb.  Bunun nəticəsində adı çəkilən unvanda dəfələrlə qısaqapanma kar olub.Sakinlər iddia edirlər ki, dəfələrlə quruma müraciət etmələrinə baxmayaraq cərəyan qutusu binadan sökülmür. Bu gün baş vermiş hadisə nəticəsində 4-cü blokda yerləşən  mənzillərin bir çoxuna ziyan dəyib. Belə ki, təmirli mənzillərə partlayışın yaratdığı his dolaraq mənzilləri yararsız hala salıb.  Etiraz bildirən sakinlərlə “Azərişıq ” əməkdaşları arasında yaşanan mübahisə zamanı kənar obyektlərin sahibləri də qoşularaq cərəyan qutusunun blokdan sökülməsinə etiraz edirlər.” Azərişıq əməkdaşları bu gərgin durumda belə obyektlərin sahiblərindən pul yığdılar ki, şirinlik verin, qutunu təmir edirik” deyə sakinlər bildirib.


Abunəlik