Sabah dumanlı hava olacaq – PROQNOZ

Baxılıb:90
Sabah dumanlı hava olacaq – PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.


Abunəlik