“Məşhur idim, amma kirayə pulumu verə bilmirdim” Elməddin Cəfərov
“Tək səbir” məşhur idi, amma pul yox idi.
2005-ci ildə başladığım serialın xeyrini 2014-cü ildə götürdüm. Heç kim 2002-dən 2014-cü ilə qədər olan ərəfədə bizdən soruşmadı ki, kirayə pulunu ödəyirsiniz? Pul gələndə, qazdığımız quyudan su çıxanda hamı başladı başqa cür danışmağa. Mən də qıcıq oldum. Kirayəmi verə bilmədiyim gün olurdu. Layihələrim var idi, amma kirayədə qalırdım.
Bu sözləri aktyor Elməddin Cəfərov “Astar” yutub layihəsində deyib. Aparıcı Ülvira Qarayevanın suallarını cavablandıran sənətçi yaşadığı çətin anları xatırlayıb:
“Mən piyada gəzəndə heç kim demirdi, piyada gəzir, maşını yoxdur. Amma gedib ölkədən kənarda filmə çəkilirsən, qazanırsan. İndi deyirlər, maşınına bax? 75 dollar maaş alırdım, 130 dollar kirayə pulum idim. 75 dollar 50 manat edirdi, qalanını borcla edirdim. Üzümün suyu gedirdi… Evdə tək deyildim, xanımım, uşağım var idi. Evə bazarlıq etməliydim. Deyirdim ki, rəbbim bir quşu yuvasız qoymur, mənə də ev qismət verəcək. Ev sahibim yaxşı adam idi, gecikdirəndə heç nə demirdi”.