Bu ölkədə 18 yaşı olanlara 200 avroluq ad günü hədiyyəsi veriləcək
Almaniya 18 yaşını tamamlayan şəxslərə 200 avro dəyərində “mədəniyyət kartı” (Kulturpass) verəcək.
Mədəniyyət və Media naziri Claudia Roth, kartın ölkədə 2023-cü ildə 18 yaşı olacaq 750 min gənc üçün “ad günü hədiyyəsi” olduğunu söyləyib.
Həmin kartla kitab və albomlar, eləcə də iki il ərzində teatr tamaşaları və konsert biletləri almaq olar.
200 avroluq məbləğin bir anda xərclənməməsi üçün müəyyən məhdudiyyətlər də tətbiq olunacaq.
Bu vasitə təkcə gənclərin bədii fəaliyyətlərdə iştirakını asanlaşdırmaq deyil, həm də pandemiyadan mənfi təsirlənən mədəniyyət sektorunu canlandırmaq məqsədi daşıyır.
Mədəniyyət bileti Amazon və Spotify kimi onlayn platformalarda keçərli olmayacaq. Hökumət yerli müəssisələrdən və müstəqil kinoteatrlardan və kitab mağazalarından daha çox faydalanmağı hədəfləyir.
KONKRET.az