Avropa çempionatında 2 MEDAL

Baxılıb:194
Avropa çempionatında 2 MEDAL

Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatı sona çatıb.
12 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Əhməd Xaqan 9 oyundan 7 xal toplamaqla gümüş medal qazanıb. Bu kateqoriyada həmyerlimizi yarım xal qabaqlayan polşalı şahmatçı Patrik Cieslak qızıl medalçı olub.

Daha bir mükafatı xanım şahmatçımız əldə edib. 10 yaşlı qızların yarışında Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

Xatırladaq ki, Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.


Abunəlik