Yağışlı hava bu tarixədək davam edəcək
Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti ilkin məlumata görə, noyabrın 17-i səhər saatlarına kimi davam edəcək.
Bu barədə Manset.az-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
“Yağıntılı hava şəraiti ölkə ərzisində əsasən, şimal və şərq rayonlarında müşahidə olunacaq”, – deyə o bildirib.