Azərbaycanda bu şəxslərə hər ay 150 AZN-dən 300 AZN-dək PUL VERİLƏCƏK

Baxılıb:223
Azərbaycanda bu şəxslərə hər ay 150 AZN-dən 300 AZN-dək PUL VERİLƏCƏK

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında və Azərbaycan Dənizçilik Kollecində təhsil alan, Vətən qarşısında xüsusi xidməti olan tələbələrə aylıq maddi yardım veriləcək.
Bu barədə  ASCO  xəbər verir.
Məlumata görə, Qarabağ müharibəsi və yaxud 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailə üzvlərindən birinə 300 manat, Qarabağ müharibəsi ilə bağlı əlilliyi olan şəxslərə 200 manat, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına (aidiyyəti dövlət orqanlarının verdiyi arayış əsasında) 150 manat ödəniş ediləcək.
Hazırda ASCO-da həm I Qarabağ, həm də II Qarabağ müharibəsində ailəsində şəhid olan əməkdaşlara 300, müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 200, müharibə iştirakçılarına 150 manat aylıq ödəniş olunur.


Abunəlik