Bakıda sıxlıq olan yollar – SİYAHI

Baxılıb:156
Bakıda sıxlıq olan yollar – SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Manset.az-a verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

  1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
  2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
  3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
  4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;
  6. Binəqədi şosesi, Azadlıq Prospekti m/st istiqamətində;
  7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
  8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
  9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
  12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  13. Füzuli küçəsi, Rəşid Behbudov küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər;
  14. 20 Yanvar dairəsində sıxlıq müşahidə olunur.

Abunəlik