Millət vəkili Şamaxı rayonunda şəhid ailələrini ziyarət edir- FOTOLAR

Baxılıb:239
Millət vəkili  Şamaxı rayonunda şəhid ailələrini ziyarət edir- FOTOLAR

Millət vəkili Tamam Cəfərova Şamaxı rayonunda şəhid ailələrini ziyarət edir.
AzTimes.az xəbər verir ki, Milli Məclisin deputatı Tamam Cəfərova Şamaxı rayonunda Vətən müharibəsi şəhidlərinin şəhadətə ucalmalarının ikinci ildönümü ilə əlaqədar ailələrini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.


Noyabr ayının 2-də millət vəkili Tamam Cəfərova Şamaxı rayonunun nur üzlü, qəhrəman şəhidləri Üsüfov Şahadət Qalib oğlunun, İsgəndərov Şahmurad Natiq oğlunun, Atakişiyev Tərlan Dərgah oğlu, Quliyev Elgün Vasif oğlunun, Məcidov Müşfiq Bayram oğlu, Bəkirov Yasər Əfqan oğlu və Xanməmmədov Şirxan Xanməmməd oğlunun ailələrinə baş çəkib.
Deputat qərargahından verilən məlumata əsasən millət vəkili şəhid ailələri ilə söhbətində bildirib ki, Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddi yenidən düzəlib, milli qürurumuz geri qaytarılıb, artıq dünya xalqları qarşısında başımız dik, alnımız açıqdır. Tamam Cəfərova qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu haqq-ədalət savaşında qalib gələrək, ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Millət vəkili bildirib ki, şəhidlərimizin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.Şəhid ailələri şəhidlərimizin xalqımıza müqəddəs əmanətidir. Onlara diqqət və qayğı göstərmək kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Şəhid ailələri dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Bir daha şəhidlərimizi dərin hörmət, sonsuz şükranlıq və minnətdarlıqla anırıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin.


Abunəlik