Ali məhkəmə Afət Fərmanqızı ilə bağlı QƏRAR VERDİ

Baxılıb:333
Ali məhkəmə Afət Fərmanqızı ilə bağlı QƏRAR VERDİ

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan edilməsi ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.

AzTimes.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib. Qərara əsasən, şikayət əsassız hesab olunaraq rədd edilib.

Afət Fərmanqızı barəsində axtarış qərarı qüvvədə qalıb.

Xalq artisti Flora Kərimovanın vəkili Xavər Həsənova APA-ya məlumatı təsdiq edib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

İş Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın icraatına verilib.

Müğənni Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.(Yenisabah.az)


Abunəlik