Yeni dəhşətli hücum başlayır: Putin nəticə istəyir
Noyabrın 15-dək Rusiya, oktyabrın 10-da olduğu kimi, Ukraynaya daha bir neçə kütləvi, qanlı raket hücumu həyata keçirə bilər. Məqsəd Ukraynanı danışıqlara razı salmaqdır.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Çox güman ki, bəzi raket ehtiyatları anbardan çıxarılır, qaydaya salınır və raket zərbələrinin növbəti mərhələsinə hazırlanır”, – Jdanov söyləyib.
O qeyd edib ki, bununla Rusiya Prezidenti Vladimir Putin noyabrın 15-də Balidə keçirilməli olan G20 sammitində konkret nəticə əldə etmək niyyətindədir.