Komitə sədri Hicran Hüseynova “İkinci Nəfəs” sərgisinin açılış mərasimində iştirak etdi

Baxılıb:205
Komitə sədri Hicran Hüseynova “İkinci Nəfəs” sərgisinin açılış mərasimində iştirak etdi

AzTimes.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, “Cultural Network House” (CNH) İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə “İkinci Nəfəs” sərgisinin açılış mərasimində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iştirak edib.
Qeyd edək ki, Cultural Network House ictimai birliyi bir zaman məşhur olan amma bu günümüzə qədər müəyyən səbəblərdən dolayı sərgiləri keçirilməyən, dünyasını dəyişən bir çox rəssamların əsərlərini tapıb, zövqlə seçərək bir araya gətirmişdir.
Sərgidə nümayiş olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna daxil olan dəyərli sənət nümunələridir. “İkinci Nəfəs” layihəsi 2022-ci ilin Aprel ayından bu günə qədər 7 ay ərzində ərsəyə gəlib. Sərgi üçün 1960-90 illər arasında fəaliyyət göstərən 41 rəssamın 72 əsəri seçilib. Bu rəssamlardan 3 nəfər Toğrul Nərimanbəyov, Mikail Abdullayev, Tahir Salahov SSRİ xalq rəssamı, digərlərinin əksəriyyəti isə Azərbaycan Xalq Rəssamlarıdır.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova: “Bu gün ölkəmizin tanıdılması və mədəniyyətimizin təbliği yolunda belə layihələrin təşkilinə görə təşkilatlara təşəkkür edir, yeni-yeni nailiyyətlər arzu edirəm”


Abunəlik