Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri H.Hüseynova Milli Məclisin plenar iclasında aktual məsələlərə toxundu
AzTimes.az xəbər verir ki, oktyabrın 21-də Milli Məclisin plenar iclasında Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Bildirib ki, layihədə Ailə Məcəlləsinin 164-cü maddəsinə təklif olunan dəyişikliyə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün tələb olunan sənədlərlə bağlı eyni rejim tətbiq edilir və bu zaman da zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınması təmin olunur.