Laçında minaya düşən şəxslərdən biri öldü – Digərinin vəziyyəti isə…

Baxılıb:197
Laçında minaya düşən şəxslərdən biri öldü – Digərinin vəziyyəti isə…

Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.


Abunəlik