Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aktual məsələlərə toxundu

Baxılıb:270
Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova aktual məsələlərə toxundu

AzTimes.az xəbər verir ki, oktyabrın 18-də Milli Məclisin plenar iclasında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova çıxışı edərək
aktual məsələlərə toxunub, qeyd və təkliflərini bildirib.
Hicran xanım Hüseynova: “Dünyada gedən geosiyasi hadisələr fonunda Azərbaycan qarşısına qoyduğu hədəflərə doğru addım-addım gedir. Lakin biz həmişəki kimi ölkəmizə və dövlətimizə qarşı ədalətsiz münasibətin şahidi oluruq. Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu gün ən müxtəlif platformalarda mübarizə aparılır. Xanım sədr sizin, eləcə də deputat həmkarlarımın bu sahədə fəaliyyəti danılmazdır. Lakin biz daha da səfərbər olmalıyıq, tədbirlərimizi daha da genişləndirməliyik. Müxtəlif ölkələrin televiziya kanallarında ictimai-siyasi proqramlarda, mətbuatda çıxış etməliyik. Son günlər Xankəndi və onun ətrafında azərbaycanlılara məxsus məzar daşlarının, qəbirlərin dağıdılması bizim hər birimiz narahat edir. Bu vandalizm aktı müharibədən sonra, dinc dövrdə törədilir. Və yayılır, dünya isə bu vəhşiliyə biganədir, müvafiq beynəlxalq təşkilatlar həmişə olduğu kimi susur. Biz həmin cinayətkarların məsuliyyətə cəlb olunmasını tələb etməliyik. Bütün dünyaya erməninin əsl xislətini göstərməliyik! Ümumiyyətlə, 30 ilə yaxın erməni işğalı nəticəsində ermənistandan qovulan, Qarabağdan, Şərqi Zəngəzurdan məcburi köçkün düşən hər bir azərbaycanlı dəymiş maddi və mənəvi təzminat (kompensasiya) ödənilməlidir! Biz bunu tələb etməliyik! Bu onların haqqıdır!”


Abunəlik