Bazarda hansı maşınlara maraq artıb? – AÇIQLAMA

Baxılıb:151
Bazarda hansı maşınlara maraq artıb? – AÇIQLAMA

Bu ilin ilk altı ayı ərzində ölkəmizə idxal edilən elektriklə işləyən avtomobillərin sayı 3 dəfədən çox artıb.

  Yanvar-sentyabr  ayları  ərzində Azərbaycana hər birininin orta dəyəri 33 min abş dolları olan 301 elektromobil gətirilib

Qeyd edək ki, yanvar ayından etibarən elektromobillərin ölkəmizə idxalı zamanı bir sıra güzəştlər tətbiq edilir. Təbii ki, bunun da əsas səbəbi ekoloji təmiz avtomobillərin istifadəsini təşviq etməkdir. Artıq atılan stimulverici addımlar öz bəhrəsini verir.

Nəqliyyat məsələləri üzrə ekspert bildirib ki, ekoloji təmiz avtomobillərə marağın artmasına səbəb yanvar ayından etibarən bu növ nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və daxili bazarda satışı zamanı tətbiq edilən güzəştlərdir. 

“Digər səbəb isə elektromobillərin alışı güzəştli kredit şərtlərinin olmasıdır. Bundan başqa, gündən-günə elektromobillər üçün infrastruktur da genişləndirilir. Sadalanan səbəblər elektromobil və ekoloji təmiz avtomobillərə marağı artırmaqda davam edəcək”.


Abunəlik