41 saylı Sumqayıt birinci seçki dairəsinin əməkdaşları Sumqayıt şəhər Şəhidlər xiyabanı ziyarət etdi

Baxılıb:408
41 saylı Sumqayıt birinci seçki dairəsinin əməkdaşları Sumqayıt şəhər Şəhidlər xiyabanı  ziyarət etdi

AzTimes.az xəbər verir ki, bu gün 41 saylı Sumqayıt birinci seçki dairəsinin nümayəndələri Sumqayıt şəhər Şəhidlər xiyabanında İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı Nadir İlqar oğlu Rzayevin (Məhəmməd Nadir Rzayev) məzarını ziyarət edərək, əziz ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Rzayev Nadir 18.11.1994-cü il də dünyaya gəlmiş, 2-ci Qarabağ müharibəsində 15.09.2020- ci ildə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Nadir Rzayev 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. O, 2014-cü ildən artıq Xüsusi Təyinatlı Dəstələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kəşfiyyatçısı olan Rzayev Nadir 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı ön cəbhəyə gedərək Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. Nadir Rzayev son nəfəsinə kimi torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək, döyüş bölgəsində oktyabrın 15-də Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Rzayev Nadir ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimizi böyük qürur və ehtiram hissi ilə yad edirik.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir,ruhları qarşısında qürur və ehtiram hissi ilə baş əyirik. Biz onları unutmayacağıq! Onlara əbədi mənəvi borcumuz var!

AzTimes.az


Abunəlik