“Mina məsələsini həll etmək üçün 30 il və 25 milyard dollar lazımdır” – İlham Əliyev

Baxılıb:199
“Mina məsələsini həll etmək üçün 30 il və 25 milyard dollar lazımdır” – İlham Əliyev

“Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır”.

  Bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı deyib. 

Dövlət başçısı bildirib ki, ilkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb: “İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. “Böyük Qayıdış” adlanan proqram artıq başlayıb”.


Abunəlik