Toy üçün danışdıqları restoranda yas keçirdilər… – FOTO
Bu ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun ötən gün toyu keçirilməli idi.
Şəhidin ailə üzvləri, o cümlədən nişanlısı ötən gün toy üçün danışılan restoranda bir araya gələrək Hüseyn Nəcəfzadəni anıblar.
Qeyd edək ki, H.Nəcəzafzadənin atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Qafqazinfo