Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDU

Baxılıb:124
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 8 kamikadze pilotsuz aparatını VURDU

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Odessa və Nikolayev vilayətlərinə hücum məqsədilə istifadə etdiyi 8 kamikadze pilotsuz aparatını vurub.

 Bu barədə “cənub” ordusunun Hava Komandanlığının İctimaiyyətlə Əlaqələr Xidməti məlumat yayıb.

“Oktyabrın 11-də saat 03:30-dan 05:30-a kimi cənub ordu qruplaşmasının zenit müdafiə qüvvələri və vasitələri tərəfindən Nikolayev vilayəti üzərində düşmənin “Şahed-136” tipli 5 kamikadze pilotsuz uçan aparatı, Odessa vilayəti üzərində isə 3 uçan aparatı məhv edilib.

Məlumatda qeyd olunub ki, Rusiya Ukraynaya qarşı İran pilotsuz uçan aparatlarından istifadə edir. 

BAKU.WS


Abunəlik