Jurnalist Ülviyyə Zülfiqara vəzifə verildi
Jurnalist Ülviyyə Zülfiqar “Qərbi Azərbaycan İcması”nın mətbuat katibi təyin edilib.
Bu barədə qafqazinfo-ya icmadan bildirilib.
Qeyd edək ki, Ü. Zülfiqar 2006-cı ildən 2021-ci ilədək “ATV Xəbər”də siyasi müxbir kimi fəaliyyət göstərib, analitik süjetlərin müəllifi olub. Azərbaycanda keçirilən iri həcmli idman yarışları zamanı ingilisdilli aparıcı kimi fəaliyyət göstərib.
2020-ci ildən etibarən ingilis dilli News.az agentliyinin baş redaktoru olaraq fəaliyyət göstərir.
2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” ictimai birliyinin ümumi yığıncağı zamanı səsvermə nəticəsində birliyin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.