Emin Əmirullayevin menyusuna: bu məktəbdə 4 aydır işıq yoxdur…

Baxılıb:179

Qazaxın Canallı kənd tam orta məktəbi dörd aydan artıqdır ki, işıqsız qalıb. Bu haqda Reportyor.info-ya xəbər verilib. Belə ki, paylayıcı trasfomator yanıb və aidiyyatı orqanlara, “Azərişıq” ASC-nin Qazax idarəsinə rəsmi müraicət olunub. Amma təəssüf ki, heç bir tədbir görülməyib. Şikayətdə deyilir: “Müasir dünyada həyatımızı texnologiyasız təsəvvür etmək mümkün deyil. Müasir tələbə informatika dərslərini texnoloji vasitələrlə elmi biliyə yiyələnir. Amma işıq olsa o da yoxdur. Niyə yoxdur? Bilən yoxdur. Hətta məktəbin zəngi belə kustar üsulla dəmir zəng aləti ilə vurulur. Sadəcə dəhşətdir. Bu işə cavabdeh şəxslər problemi vaxtında həll etmir, öz işinə məsuliyyətsiz yanaşır. Belə çıxır ki bu qurumda cəzasızlıq yoxdu, nəzarət yoxdur. Canallı kəndinin sakinləri valideynlər bu biganəlikdən ciddi narahatlıqlarını və narazılıqlarını bildirirlər. Bu isə dövlət və vətəndaş münasiblərinə xələl gətirir. Prezidentinin və birinci vitse prezidentin təhsilə verdiyi dəyərə kölgə salmaqdır . Dövlət milyonlarla pul xərcləyib məktəb tikib. Amma sən can çəkirsən bir trasfomatoru təmir etməyə”.

AzTimes.az /reportyor.info


Abunəlik