Azərbaycanda 14 yaşlı qız məktəbdən evə qayıdarkən qaçırıldı
Beyləqanda 14 yaşlı şagird məktəbdən evə qayıdarkən qaçırılıb.
Hadisə Beyləqan rayonunun Qaralılar kəndində qeydə alınıb.
2008-ci il təvəllüdlü qızın anası iddia edir ki, övladı həmkəndlisi tərəfindən evlənmək məqsədilə zorla qaçırılıb.
Onun sözlərinə görə, hadisə 2 gün əvvəl günorta saatlarında orta məktəbin yaxınlığında baş verib.
Hadisəni eşidən kimi qızın yaxınları dərhal polisə məlumat veriblər.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı “Xəzər Xəbər”ə bildirib ki, əməliyyat tədbirləri nəticəsində qaçırılan qız tapılıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.