Komitə sədri Sumqayıt şəhərininin ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlarla görüşdü- FOTOLAR
AzTimes.az xəbər verir ki, 6 oktyabr 2022-ci tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibatı binasında 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran Hüseynovanın Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmovala, “Sosial İqtisadi İnkişaf Uğrunda” ictimai birliyin sədri Sevda Məmmədovala və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Şahnaz Sadıxlı ilə görüşü olub.
Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova cəmiyyətin missiyaları- humanitar dəyərlərin yayımı, fövqəladə hallara hazırlıq, sağlamlıq, miqrasiya, gənclər, könüllülər və başqa istiqamətlər üzrə fəaliyyətləri ilə əlaqədar həmçinin qarşılıqlı əməkdaşlığın aparılması, tərəfdaşlıq əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi apardı.
Sonra “Sosial İqtisadi İnkişaf Uğrunda” ictimai birliyin sədri Sevda Məmmədova “Qarabağa qayıdış üçün təşəbbüs qruplarının hazırlanması” adlı layihənin icra edilməsi məqsədi ilə görüşlərin təşkil olunmasında bizimdə iştirakımızı xahiş etmişdir. Qeyd edək ki, layihənin məqsədi yaradılacaq keçmiş məcburi köçkünlərdən ibarət dəstək və təşəbbüs qruplarının işğaldan azad edilən tarixi torpaqlara qayıdış zamanı əhalinin problemlərinin üzə çıxarılmasına və həllinə diqqətin yönləndirilməsidir.
Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Sadıxlı Şahnaz “Şuşa ili çərçivəsində” Şəhid və qazi ailələrinin iştirakı ilə onların əl işlərindən ibarət “Şuşa inciləri” adlı sərgi haqqında məlumat verərək, Hicran xanımı tədbirə dəvət etmişdir.