Nazir 150 mindən çox müəllimə SMS göndərdi
Elm və təhsil naziri Emin Əmrullayev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün müəllimləri təbrik edib.
Bu barədə nazirliyin mətbuat katibi Cəsarət Valehov bildirib.
O qeyd edib ki, nazirin adından 150 mindən çox müəllimin əlaqə nömrəsinə təbrik mesajı göndərilib.
Təbrik mesajında müəllimlərə təşəkkür olunub: “Dəyərli Azərbaycan müəllimi! Övladlarımızın işıqlı gələcəyi naminə fədakar əməyinizə görə Sizə təşəkkür edir, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayıram. Beynəlxalq Müəllimlər Gününüz mübarək!”