Şəkidə bu məktəbin müəllimləri direktoru boykot etdi- VİDEO

Baxılıb:245
Şəkidə bu məktəbin müəllimləri direktoru boykot etdi- VİDEO

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.

Müəllimlər deyir ki, yeni tədris ilində keçmiş direktor ortalığa çıxmasa da bu gün onun məktəbə gəlişi hər kəsi təəccübləndirib: “İndi gəlib ki, mən direktoram, amma biz onu qəbul etmirik. Valideynlər də onu istəmir. “Günün Səsi” xəbər saytının bu məsələni nazirimizin diqqətinə çatdırmasını xahiş edirik”.

Olayla bağlı əməkdaşımız Rahim Salamovun mövqeyini öyrənməyə çalışsa da o, danışmaqdan imtina edib.


Abunəlik