Deputat və İcra Başçısı yaralı əsgərləri ziyarət etdi- FOTOLAR
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və millət vəkili Tamam Cəfərova erməni təxribatının qarşısının alınması zamanı yaralanan hərbçilərimizi ziyarət edib, müalicələrinin gedişatı ilə maraqlanıblar.Göruslə bağlı təəssüratlarını AzTimes.az-la bölüşən deputat bunları bildirib:
“Əsgər və zabitlərimizin ruh yüksəkliyi və qəhrəmanlığı hər birimizi qürurlandırdı. Bir daha hər birinə Allahdan şəfa diləyirik.
Həmçinin, yaralı əsgər və zabitləri sağlamlığının keşiyində dayanan Mərkəzi Hərbi Klinik Hospitalın tibb personalına təşəkkür edir, çətin və şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayırıq.
Azərbaycan xalqı hərbçilərimizlə, Vətən uğrunda canından keçən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə fəxr edir.”