“Kristal-AA” MTK rəhbərliyinə himayədarlıq edən kimlərdir?-VİDEO

Baxılıb:1240
“Kristal-AA” MTK rəhbərliyinə himayədarlıq edən kimlərdir?-VİDEO

AzTimes.az xəbər verir ki,Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində çəkiliş apararkən oradakı yaşıllığın zədələnməsi müşahidə olunub. Belə ki,tikinti ərazisinin genişləndirilməsi məqsədilə orada illərdir mövcud olan həmişəyaşıl ağaclarının dibinə beton və digər yandırıcı maddələr tökulərək qurudulmuş, bir neçəsi isə böyrü üstə aşılmışdır.  Ərazidə çəkiliş apararkən saytımızın əməkdaşları ad, soyadını təqdim etməkdən boyun qaçıran, özünü şirkətin rəhbəri kimi qələmə verən şəxs tərəfindən alçaldıcı ifadələrlə qarşılaşmışdır. Əməkdaşlarımız açıqlama almaq istədikdə isə, “Biz nazirliklə danışmışıq, sizə heç bir açıqlama verməyəcəyik “deyiblər. Daha sonradan sayta zəng edən şəxs , sayt rəhbərliyinə dürüst iş adamlarına yaraşmayan təkliflər etmiş, rədd cavabı alınca isə daha da kobud cavablar vermişdir. Bu cür insanlar cəmiyyətdən təcrid edilərək ən azından danışıq kurslarına cəlb edilməlidir ki, insanlarla danışmaq , cəmiyyətdə özünü idarə etməyi mənimsəsinlər.Abşeron rayonu, Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Xidmət rəsmisi Fərid Piriyev AzTimes.az-a bildirib ki, həmin ünvana keçirilən baxış zamanı ərazidə “Kristal AA İnşaat” MTK tərəfindən qazıntı işlərinin aparıldığı və iki ağacın zədələnərək quruduğu müəyyən edilib: “Faktla bağlı MTK barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunauyğun tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Abşeron Rayon Məhkəməsinə göndərilib.
Xidmət rəsmisinin sözlərinə görə, tikinti ətrafındakı ağacların qorunub mühafizə olunması və onlara aqrotexniki qulluq göstərilməsi üçün Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunub.



Abunəlik