Spiker istefaya gedir
Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək.
Aztimes.az-ın məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək.
Qeyd edək ki, hələ yanvarın 30-da Türkiyə Parlamentinin spikeri B.Yıldırım fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan etmişdi. Spiker istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirmişdi.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.