Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri Ələmdar İbrahimov: “27 sentyabrda hər bir azərbaycanlı Şəhidlərimizi ehtiramla yad edir və “Qarabağ Azərbaycandır!”- deyir

Baxılıb:518
Gəncə şəhəri üzrə İcra İdarəsinin Ədliyyə müşaviri  Ələmdar İbrahimov:  “27 sentyabrda hər  bir  azərbaycanlı  Şəhidlərimizi  ehtiramla  yad  edir və  “Qarabağ Azərbaycandır!”- deyir

 27 sentyabr  Azərbaycanda Anım Günüdür.

         “Ölkəmizin Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il  Vətən müharibəsinin başlandığı  27 sentyabr tarixi    Azərbaycanda Anım Günü  kimi qeyd olunur.

Bu münasibətlə  Gəncə Şəhər icra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu  Cahid Cəfər oğlu Qasımov başda  olmaqla, idarənin   bir qrup əməkdaşları tərəfindən “Gəncə   Şəhidlər    Xiyabanında   dəfn  olunan”  şəhidlərimizin  əziz xatirəsi dərin ehtiramla  bir  dəqiqəlik sükutla  yad  edilib.

Əlamdar İbrahimov  şəhidlərin  ailələrinə baş sağlığı verərək xatırladıb ki:

“Əziz həmvətənlər!  Sentyabr  27-də  erməni Silahlı Qüvvələri  cəbhənin  bir neçə  istiqamətində  hərbi  mövqe  və yaşayış  məntəqlərimizi  müxtəlif  növ  iriçaplı  silahlardan  müntəzəm olaraq  atəşə tutdu.  Azərbaycan ordusu  bu təxribatın  qarşısını  aldı,  onlara  layiqli cavab verdi, torpaqlarımızın azad edilməsi  uğrunda  Vətən müharibəsinə  başladı.

 2020-ci ilin oktyabr ayında isə  Azərbaycanın ikinci böyük şəhəri  Gəncə  Vətən müharibəsi dövründə  Ermənistan Silahlı Qüvvələri tərəfindən  ilk raket  və  ağır artilleriya  hücumuna məruz qaldı.  Belə ki,  erməni təcavüzkarları çoxmənzilli yaşayış binaların günahsız mülki insanlarını  hədəfə almaqla, burada müharibə  cinayətləri törətmişdirlər.

Nəticədə düşmənin  təxribatının  qarşısını  alarkən  Qarabağ torpaqlarımızın azadlığı  uğrunda canından keçən neçə-neçə  Mübarizlər, Poladlar  kimi qəhrəman igid oğullarımız  şəhid olub  Şəhidlik  məqamına  ucaldı. 

Şəhidlik tariximizi qanları ilə yazan  oğulların hər  biri  canımızın bir parçası, ürəyimizin  sönməz odudurlar. Bu cahan durduqca, Azərbaycan müstəqil  yaşadıqca,  Şəhidlərimiz də, əbədi yaşayacaq!

Qüdrətli  Azərbaycan dövləti  erməni  faşizmi  üzərindəki  44 günlük  Vətən müharibəsini  böyük zəfər, unudulmaz  tarixi  qələbə ilə  başa vurdu.

Bəli, 30 illik Vətən həsrətində olan Qarabağ torpaqlarımızın  işğaldan azad olması  tarixi hadisədir.

İllərdir ki,  həsrətində olduğumuz torpaqlara  qayıtmaq arzusu, xəyalı ilə yaşamaq… “Vətən” deyə-deyə  bir gözümüzlə  gülsək də, bir gözümüzlə  hər zaman ağlamaq…

         Biz fəxr edirik ki, düşmən üzərində  qələbənin qazanılmasında  əhəmiyyətli  dərəcədə  rolu olan Azərbaycanın  Milli Ordusu var. Azərbaycan  Ordusu öz qüdrətini  bir daha  bütün  dünyaya  nümayiş etdirdi.  Bəli ordumuzun  əsgər və zabitlərinin əzmkarlığı,  igidliyi,  rəşadəti  nəticəsində  tarixi qələbəyə nail olduq.

 Qələbə  xalqımızın  30 illik  torpaq həsrətinə son qoydu. 

         Bu  bir faktdır ki,  əldə etdiyimiz  şanlı qələbə Azərbaycan  Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Müzəffər  Ali Baş Komandanı  İlham Əliyevin  rəhbərliyi, yenilməz, rəşadətli  Azərbaycan Ordusunun şücaəti  və qəhrəmanlığı sayəsində qazanıldı.

         Azərbaycan Prezidenti, Silahlı  Qüvvələrin Müzəffər  Ali Baş  Komandanı  İlham Əliyevin  rəhbərliyi altında Rəşadətli  Ordumuzun  bəxş etdiyi  bu möhtəşəm Qələbənin  sevincini  hər  bir  azərbaycanlı  bu gün qürur hissi ilə  yaşayır.

Əlbəttəə,  qazandığımız  bu tarixi  nailiyyətlərə görə  Ali Baş Komandana,  onun rəhbərliyi altında  bizləri qələbə  ilə   sevindirən  Azərbaycan Ordusunun hərbiçilərinə, vətən  uğrunda  canından keçən  qeyrətli, cəsur  oğullarına, şəhidlərinə  bir ömür  boyu  minnətdar olacağıq.

Bu gün   hər bir  Azərbaycan vətəndaşı  şəhidlərimizi  ehtiramla yad edir və “Qarabağ Azərbaycandır”- deyir.

Bir daha  tarixi  Zəfərimiz  və Şanlı  Qələbəmiz mübarək olsun!  Yaşasın qalib Azərbaycan Prezidenti və Müzəffər  Azərbaycan Ordusu!”

Ələmdar Murquz oğlu İbrahimov
Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri

Təqdim etdi:

Aybəniz Abdulova,
Azərbaycan Jurnalistlər Birliyinin Üzvü,
Yazar, araşdırmaçı-jurnalist.

AZTİMES.AZ


Abunəlik