ŞAD XƏBƏR: MİDA-nın təxirə salınmış mənzil seçimi bu gün keçiriləcək

Baxılıb:173
ŞAD XƏBƏR: MİDA-nın təxirə salınmış mənzil seçimi  bu gün  keçiriləcək

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, kənar dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 mənzilin təxirə salınmış seçimi sabah saat 15:00-da keçiriləcək.

  Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) MİDA və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birlikdə yaydığı, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair məlumatda bildirilir.

Xatırladaq ki, bu il sentyabrın 15-dəki seçim zamanı “Güzəştli mənzil” sisteminə kiberhücumlar 11 ölkəyə məxsus 47 IP ünvanından olub.


Abunəlik