Milli Məclisin komitə sədri: “ Məlumatları yayarkən vicdanlı və ədalətli olmaq lazımdır”

Baxılıb:373
Milli Məclisin komitə sədri: “ Məlumatları yayarkən vicdanlı və ədalətli olmaq lazımdır”

AzTimes.az xəbər verir ki,bu gün 6-cı çağırış Milli Məclisin payız sessiyasının Ailə qadın və uşaq məsələləri komitəsinin ilk iclası keçirildi.
İclasın gündəliyində olan 5 məsələ o cümlədən komitənin fəaliyyəti geniş müzakirə olundu. İclasda millət vəkilləri onları narahat edən bəzi məsələləri də qeyd etdilər. Müzakirə və səsləndirilən məsələlərə dair bildirdim ki, bu gün ölkəmizdə çoxlu sayda yeni iş yerləri yaradılır, insanların məşğulluq imkanlarının artırılması sahəsində mühüm sosial islahatlar həyata keçirilir, eyni zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm layihələr, tədbirlər həyata keçirilir.
Müzakirələrin gedişində qeyd etdim ki, bəzən yardım almaq üçün vətəndaş müraciət edir. Biz çalışırıq ki, həmin vətəndaşı peşəyə, sənətə, hər hansı ixtisasa yönəldək, işlə təmin edək ki, onlar özlərini cəmiyyətdə təsdiq edə, ailə büdcəsinə töhfə verə bilsinlər. Bu həm də onların imkanlarının artmasına müsbət təsir göstərir, onları daha da stmullaşdırır. Ancaq təəssüf ki, azsaylı da olsa, belə faktlar da var ki, bəzi hallarda müraciət edən vətəndaşlar yardım almağa üstünlük verirlər. Biz bu yanaşmanı dəyişməliyik, insanların rəqabətə davamlı olmasına dəstək olmalıyıq. Əfsuslar olsun ki, bəzi KİV nümayəndələri mənim bu fikirlərimi əsas kontekstdən çıxarmış, tamam başqa bir interpretasiyada təqdim etmişlər. Bu isə sadəcə bu və ya digər fikrin yalnış şərhi ilə yanaşı, həm də insanlar arasında çaşqınlıq yaranmasına səbəb olur. Xüsusi ilə sosial mediada bu fikrim tamamilə yalnış təqdim edildi. Çox yaxşı olardı ki, bizim dostlarımız, mətbuat nümayəndələri məlumatları hazırlayıb, paylaşarkən daha diqqətli, obyektiv və ədalətli olsunlar.
Qeyd edim ki, bu gün iclasda qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində vacib qanun layihələr müzakirə edildi. Lakin bu haqda jurnalist dostlarımız tərəfindən daha az məlumat paylaşıldı. Halbuki bu məsələlər də ən az digər sosial tədbirlər qədər aktuallıq kəsb edir. Bizim məqsədimiz vətəndaşların hüquqlarını qorumaqdır.

AzTimes.az


Abunəlik